Qanunsuz balıq ovu edən dəstə üzvləri saxlanılıb

Qanunsuz balıq ovu edən dəstə üzvləri saxlanılıb
  • Hadisə

  • Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları balıqçılıq və ovçuluqla müvafiq icazə almadan qanunsuz məşğul olan şəxslərə qarşı nəzarət tədbirlərini davam etdirirlər.

    DİN-in mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, idarə əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində Xaçmaz rayonunun Turist kəndi ərazisində qanunsuz balıq ovu ilə məşğul olan doqquz nəfərdən ibarət dəstə üzvü saxlanılaraq istintaqa cəlb edilib.

    Onlardan hər birinin qiyməti 220 manat olan 64 nərə balığı, 2 qızıl balıq və qanunsuz ovda istifadə etdikləri xüsusi vasitələr aşkarlanaraq götürülüb.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 256-cı (Balıq və digər su bioresurslarını qanunsuz tutma) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər