DİN əməliyyat keçirdi: 13 həbs

DİN əməliyyat keçirdi: 13 həbs
  • Hadisə

  • Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.

    LEQAL.AZ  xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 10 cinayətin üstü “isti izlər”lə açılıb.

    Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər