Yasamal rayonunda ofislərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 3-nə keçən gecə rayon ərazisindəki ofislərin birindən 6450 manat dəyərində kompüter, 3 ədəd mobil telefon və 5 ədəd qol saatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev saxlanılıb.
Faktla bağlı rayon polis idarəsində araşdırmalar davam etdirilir.