Gəncədə müəllim evində ölü tapıldı

Gəncədə müəllim evində ölü tapıldı
  • Hadisə / Maraqlı

  • Gəncədə evdən meyit tapılıb.

    Leqal.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən binaların birində qeydə alınıb.

    Sözügedən ünvanda yaşayan 1993-cü il təvəllüdlü Elzar İsmayılov telefon zənglərinə və qapının döyülməsinə cavab verməyib. Bu səbəbdən FHN-in 112 xidmətinə məlumat verilib. Hadisə yerinə gələn FHN-in xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə evin qapısını açıblar. Mənzilə baxış keçirildikdə Elzar İsmayılovun meyiti evin vanna otağından aşkarlanıb.

    Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

    İlkin məlumata görə, 30 yaşlı E.İsmayılov ürəktutmasından vəfat edib.

    Qeyd edək ki, Elzar İsmayılov Gəncə şəhər 12 nömrəli tam orta məktəbin sinifdən xaric, məktəbdən kənar işlər üzrə təşkilatçısı olub.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər