Oktyabrın 10-da Bakıda ana və 4 övladının itkin düşməsi barədə polisə müraciət daxil olub.
Leqal.az xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar küçəsində yaşayan Ağazaman Salamzadə ailə üzvlərinin oktyabrın 4-də itkin düşdüyünü bildirib.
O, həyat yoldaşı, 32 yaşlı Q.Salamzadənin, 19 yaşlı oğlu Ə.Salamzadənin və 2006, 2008, 2010-cu il təvəllüdlü qızlarının yaşadığı yeri tərk etdiyini və bir daha geri qayıtmadıqlarını bildirib.
Müraciətlə bağlı Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsində araşdırma aparılır.