Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.
Leqal.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 3-cü, 4-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı və 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər pilləkən qəfəsindən keçən elektrik kabelləri 20 metr yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.