Bakıda 27 yaşlı oğlan özünü binadan atıb.
Leqal.az xəbər verir ki, hadisə Xətai rayonu, General Şıxlinski küçəsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Namiq İsgəndərli özünü hündürmərtəbəli binanın eyvanından ataraq öldürüb.
İntiharın hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.