Siyəzəndə 3 nəfər dənizdə boğulub.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, hadisə Zarat kəndində qeydə alınıb.
Məlumata görə, onlardan ikisi yeniyetmədir. Üçüncü şəxsin isə tələbə olduğu bildirilir. Yeniyetmələr Zarat kənd sakinləridir, tələbə isə Bakı şəhərində yaşayır. O, kəndə istirahətə gəlibmiş.
***
Fövqəladə Hallar Nazirliyi dənizdə 3 nəfərin batması ilə bağlı məlumat yayıb.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, batanlardan ikisi orta məktəb şagidləridir. Onlardan birinin cəsədi tapılaraq ailəsinə təhvil verilib.