Bakının Suraxanı rayonunda ağır yol qəzası olub.
Leqal.az xəbər verir ki, hadisə Zığ şossesində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Gərayov Ceyhun Zamiq oğlu idarə etdiyi avtomobildə sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın dirəyə çırpılıb.
Hadisə nəticəsində C.Gərayov və onun qardaşı (ad və soyadı dəqiqləşdirilir) ölüb.
İki sərnişin isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
apa