Ağcabədidə toyda zəhərlənənlərin son vəziyyəti açıqlandı

Ağcabədidə toyda zəhərlənənlərin son vəziyyəti açıqlandı
  • Hadisə

  • Ağcabədidə toyda zəhərlənənlərdən 11-i uşaq olub.

    Bu barədə Leqal.az-a TƏBİB-dən məlumat verilib.

    Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 09.07.2023-cü il saat 15:33 radələrindən başlayaraq ümumilikdə 34 nəfər (11-i uşaq olmaqla) yerləşdirilib. Onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib.

    09.07.2023-cü il tarixində aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər