Prokuror erməni diversantlara cəza istədi

Prokuror erməni diversantlara cəza istədi
  • Hadisə / Maraqlı

  • Azərbaycanın dövlət sərhədini pozma, terrorçuluq, qaçaqmalçılıq və digər cinayətlərdə ittiham olunan erməni diversantlar – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə məhkəmə iatintaqı başa çatıb.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxslərin 11 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. 

    Qeyd edək ki, Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cari il mayın 26-sı saat 19 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini qanunsuz əldə etdikləri odlu silah və döyüş sursatları ilə Dövlət Sərhəd Xidmətinin Zəngilan sərhəd dəstəsinin xidmətdə olan hərbi qulluqçularına qarşı zor tətbiq etməklə qanunsuz keçərək, odlu silah və döyüş sursatlarını qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə Zəngilan rayonunun Rəzdərə kəndinə keçirməklə ölkəmizdə terror aktı törədəcəkləri ilə hədələmələri, bu məqsədlə Azərbaycanın Zəngilan rayonunun Rəzdərə kəndi ərazisində yerləşən və dövlət sərhədini mühafizə edən Azərbaycanın hərbi hissəsinin hərbi qulluqçularına silahla atəş açaraq hücum etmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə qarşı Azərbaycan Cinayət Məcəlləsinin  odlu silah və döyüş sursatının qaçaqmalçılığı, terrorçuluq, qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama, zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə və dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə yekun ittiham elan edilib.

    Sail Ağasəlim
    PAYLAŞ:

    Oxşar xəbərlər