Bu gün saat 10 radələrində Abşeron rayonu Digah kəndində 4 nəfər bıçaqlanıb.
Leqal.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 1955-ci il təvəllüdlü H.Həşimov, onun həyat yoldaşı, övladı və digər kənd sakini kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Sərxan Həşimov saxlanılıb.
Bildirilib ki, S.Həşimovun bıçaqladığı şəxslərdən 3-ü onun əmisi və ailə üzvləridir.
Araşdırma aparılır.