Azərbaycanda dəhşətli qəza: İki hərbçi öldü

Azərbaycanda dəhşətli qəza: İki hərbçi öldü
  • Hadisə

  • Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

    Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a məlumat verib.

    O bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub:

    "Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər.

    İlkin araşdırmalar nəticəsində məlum olub ki, 1988-ci il təvəllüdlü Nicat Nəbiyev "Mercedes” markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsini yol kənarındakı ağaca çırpıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüb”.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəza zamanı həlak olan şəxslərin hər ikisi hərbçi olub. Onlardan biri Müdafiə Nazirliyinin giziri, digəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.

    Faktla bağlı araşdırmalar davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər