Cəlilabadda mikroavtobus qəzaya uğradı - 8 nəfər xəsarət aldı

Cəlilabadda mikroavtobus qəzaya uğradı - 8 nəfər xəsarət aldı
  • Hadisə

  • Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində mikroavtobus aşıb.

    Leqal.az "Report"a istinadən xəbər verir ki, "QAZel" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.

    Hadisədə 8 nəfər xəstəxanaya müraciət edib. Yaralılar fərdi maşınlar və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

    Qəzaya səbəb kimi mikroavtobusun sükanında yaranmış problem göstərilir.

    ***

    Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

    Leqal.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 8 (7 qadın, 1 uşaq) nəfər TƏBİB-in tabeliyindəki Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.

    Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş olan 6 nəfər (uşaq da daxil olmaqla) ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Cərrahiyyə şöbəsində 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağırdır.

    ***

    Cəlilabadda ağır yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub. 

    Leqal.az “Report”a istinadən xəbər verir ki, onlar Biləsuvar rayonu Zəhmətabad kənd sakinləridir.

    Yaralılar - 1974-cü il təvəllüdlü G.Həbibova, 1970-ci il təvəllüdlü A.Nəsirova, 1980-ci il təvəllüdlü A.Nəsirova, 2012-ci il təvəllüdlü İ.İsmayıllı, 1988-ci il təvəllüdlü N.Qurbanova, 1981-ci il təvəllüdlü A.Qurbanova, 1966-cı il təvəllüdlü R.Əliyeva və 1973-cü il təvəllüdlü K.Məhərrəmovadır.

    Faktla bağlı araşdırmalar davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər