ANAMA-nın əməkdaşları Tərtərdə minaya düşdü: Üç nəfər həlak oldu

ANAMA-nın əməkdaşları Tərtərdə minaya düşdü: Üç nəfər həlak oldu
  • Hadisə / Maraqlı

  • Tərtərin Tapqaraqoyunlu kəndi ərazisində minaya düşən şəxslərin cəsədləri ərazidən çıxarılıb.

    TƏBİB-in tabelində fəaliyyət göstərən Tərtər rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Vüsal Əliyev APA-ya bildirib ki, meyitlər Tərtər morquna verilib.

    Qeyd edək ki, bu gün Tərtərdə mina partlayışı nəticəsində RPS Energy Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu (Füzuli rayonu), Gözəlov Səxavət İsmayıl oğlu (Füzuli rayonu) və Sədiyev Fərid Mehman oğlu (Sumqayıt şəhəri) həlak olub.

    21:01

    Tərtərdə üç nəfər minaya düşüb.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub 
    İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.

    Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.



    20:57

    Tərtərdə üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşüb.

    DİN-in Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə Talış-Tapqaraqoyunlu ərazisində qeydə alınıb.

    Partlayış nəticəsində hər üç şəxs həlak olub. Bunlar 1982-ci i təvəllüdlü Nadir Yusifov, 1981-ci il təvəllüdlü Səxavət Gözəlov və 1996-cı il təvəllüdlü Fərid Sədiyevdir.

    Əldə edilən məlumata görə, ölən şəxslər ANAMA-nın əməkdaşlarıdır. Onlar xidməti vəzifələrini yerinə yetirən zaman minaya düşüblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər