Ucarda maşın piyadanı vurub, hadisə ölümlə nəticələnib.
LEQAL.AZ xəbər verir ki, faciəli hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində baş verib. Belə ki, Bakı şəhər sakini, 1983-ci il təvəllüdlü Anar İsmayıl oğlu Əliyev idarə etdiyi “Təcili tibbi yardım” maşını ilə yolu keçmək istəyən piyada, rayonun Küçəkənd kənd sakini, 1973-ci il təvəllüdlü Süleyman Arif oğlu Rəsulovu vurub. Süleyman Rəsulov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.