Bakıda mənzildə meyit aşkar olunub.
LEQAL.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Paytaxtda gənc oğlanı avtomobil vurub
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olib.
"Çağırış ünvanına cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər", - deyə məlumatda qeyd olunub.