Bakıda avtomobildən 20 kq-dan artıq narkotik götürüldü

Bakıda avtomobildən 20 kq-dan artıq narkotik götürüldü
  • Hadisə

  • Bakı sakininin avtomobilindən 20 kiloqramdan artıq narkotik götürülüb. 

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri - R.Rəhimov və əvvəllər məhkum olunmuş S.Kərimli Qaradağ rayonu ərazisində saxlanılıblar.

    Şəxsi axtarış zamanı R.Rəhimovdan 9 qram, S.Kərimlidən isə 20 qram heroin aşkar ediib.

    Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə R.Rəhimovun idarə etdiyi "Toyota" markalı avtomobilə baxış zamanı isə oradan əlavə 11 kiloqram 950 qram heroin və 10 kiloqram 25 qram metamfetamin də aşkar edilərək götürülüb.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər