Kürdəmirdə mübahisə qanla bitib

Kürdəmirdə mübahisə qanla bitib
  • Hadisə

  • Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

    LEQAL.AZ xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

    Belə ki, aralarında yaranan mübahisə zəminində 42 yaşlı, rayonun Şilyan kənd sakini Abuşov Elxan Vəkilxan oğlu bıçaq xəsarəti alıb.

    Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstə həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər