Gənc oğlan nənə və babasının məzarında çətənə əkib

Gənc oğlan nənə və babasının məzarında çətənə əkib
  • Hadisə

  • Türkiyənin Afyonkarahisar əyalətinin Dazkırı rayonunda iki ər-arvadın dəfn olunduğu məzarda əkilməsi qadağan edilən çətənə kolunun yetişdiyini görən sakinlər polis əməkdaşlarına müraciət edib. Daxil olan şikayət əsasında araşdırma aparan polis əməkdaşları 29 yaşlı Ç.Q-in nənə və babasının məzarında çətənə kolu əkdiyini üzə çıxarıb.

    LEQAL.AZ-ın məlumatına görə, məzarlara baxış zamanı, oradan ümumilikdə 26 çətənə kolu aşkarlanıb.

    Saxlanılan gəncin yaşadığı evə baxış keçirilən zaman, daha 62 ədəd çətənə kolu, 54 qr qurudulmuş marixuana, 587 qr. "patı" kimi tanınan və psixotrop maddə olan metamfetamin və 1 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb.

    Faktla bağlı Afyonkarahisar Prokurorluğunda cinayət işi açılıb./report
    PAYLAŞ:

    Oxşar xəbərlər