Bakıda üç nəfər dənizdə boğulub.
LEQAL.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə Şüvəlan çimərliyində qeydə alınıb.
Boğulanların cəsədləri sudan çıxarılıb. İlkin məlumata görə, boğulanlardan ikisi oğlan, biri qızdır. Onlardan biri 1991-ci il təvəllüdlü İbrahim Əliyevdir. Digərlərinin kimlikləri dəqiqləşdirilir.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazi qadağan olunan, təhlükəli və nəzarətsiz yerdir. Çimərlik mövsümü açılandan həmin nəzarətsiz ərazidə bu, artıq ilk hadisə deyil.