Yanvarın 24-də Yeni Zelandiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
LEQAL.AZ xəbər verir ki, yeraltı təkanların episentrinin Blaff şəhərindən 680 kilometr cənub-qərbdə, ocağının 2 kilometr dərinlikdə olduğu bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.