Özbəkistan, Qazaxıstan və ABŞ hökumətləri Mərkəzi Asiya İnvestisiya Tərəfdaşlığı yaradır

Özbəkistan, Qazaxıstan və ABŞ hökumətləri Mərkəzi Asiya İnvestisiya Tərəfdaşlığı yaradır
  • Dünya

  • Özbəkistan, Qazaxıstan və ABŞ hökumətləri Mərkəzi Asiya İnvestisiya Tərəfdaşlığı yaradır.

    LEQAL.AZ-ın məlumatına görə, Özbəkistan İnvestisiya və Xarici Ticarət Nazirliyi, “Astana” Beynəlxalq Maliyyə Mərkəzi və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) tərəfindən regional özəl layihələrə 5 il ərzində 1 milyard dollar həcmində vəsait cəlb olunması nəzərdə tutulur.

    Bildirilir ki, İnvestisiya Tərəfdaşlığı C5+1 (Mərkəzi Asiya ölkələri-ABŞ) platforması vasitəsilə həyata keçiriləcək layihələr ticarət və inkişaf, qarşılıqlı fəaliyyətin genişləndirilməsi və COVID-19-la əlaqədar iqtisadiyyata dəymiş ziyanın nəticələrinin aradan qaldırılmasını nəzərdə tutur.

    Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası regional layihələrdən başqa Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi, “Astana” Beynəlxalq Maliyyə Mərkəzi ilə ikitərəfli memorandumların imzalanmasını da nəzərdə tutur.
    PAYLAŞ:

    Oxşar xəbərlər