
Rusiya Xarkov vilayətinin Pervomayskiy şəhərini atəşə tutub.
Bu barədə CNN məlumat yayıb.
Hadisə nəticəsində 38 nəfər yaralanıb.
Bildirilib ki, yaralananlar arasında biri üç aylıq körpə olmaqla 12-si uşaqdır.
Həmçinin, Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermakın sözlərinə görə, Rusiya əraziyə yüksək partlayıcılıq qabiliyyəti olan mərmi atıb.