Rusiyanın Baş Qərargah rəisi Ukraynada yaralandı

Rusiyanın Baş Qərargah rəisi Ukraynada yaralandı
  • Dünya

  • [media=Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukrayna ərazisində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanıb.

    Bunu hərbi jurnalist və bloqer Aleksandr Şulman yazıb.

    66 yaşlı Gerasimov sağ ayağının yuxarı hissəsində sümük sınığı olmayan qəlpə yarası alıb.

    Məlumata görə, qəlpə çıxarılıb. Gerasimovun həyati təhlükəsinin olmadığı bildirilib.

    Qeyd edək ki, Ordu generalı Gerasimov və digər zabitlər Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbə endirdiyi komanda məntəqəsində olub. İlkin məlumata görə, 20 zabit həlak olub.

    Hazırda Rusiya ordusunun böyük itkilər verdiyi İzyumu tərk etməyə çalışdığı və onların təchizatının dayandırıldığı deyilir.

    Mənbə: “Unian”

    15:35

    Xarkov vilayətinin İzyum şəhərində Rusiya Federasiyası Baş Qərargah rəisi Valeri Gerasimovun olduğu 2-ci Ordusunun qərargahı ərazisində güclü partlayış baş verib.

    Bu barədə Ukraynanın daxili işlər nazirinin müavini Anton Geraşenko məlumat verib.

    “Ümid edirəm ki, o, yüzlərlə zabiti ilə birlikdə ölüb”, - deyə nazir müavini bildirib.

    Geraşenkonun sözlərinə görə, Rusiyanın Baş Qərargah rəisi Slavyansk istiqamətindəki hücuma şəxsən rəhbərlik etmək üçün əraziyə gəlib.

    PAYLAŞ:

    Oxşar xəbərlər