Bundestaq Ukraynaya ağır alman silahlarının tədarükünə razılıq verib

Bundestaq Ukraynaya ağır alman silahlarının tədarükünə razılıq verib
  • Dünya

  • Almaniya Parlamentinin Aşağı Palatası (Bundestaq) Ukraynanın maraqları dairəsində ağır silahların tədarükü təşəbbüsünü böyük səs çoxluğu ilə təsdiqləyib.

    Qanun layihəsində deyilir: “Rusiyanın geniş şəkildə beynəlxalq bazarlardan iqtisadi izolyasiyası və blokadası ilə yanaşı hərbi əməliyyatları dayandırmağın ən mühüm və effektiv vasitəsi güclü  silahların və mürəkkəb sistemlərin, o cümlədən ağır silahların tədarükünü intensivləşdirmək və sürətləndirməkdir”.

    Bundestaqın vitse-prezidenti Volfqanq Kubiçkinin sözlərinə görə, qanun layihəsi həm Almaniyanın hakim koalisiyasının üç partiyası, həm də müxalifət mühafizəkarları tərəfindən dəstəklənib və 586 lehinə, 100 əleyhinə, 7 deputat bitərəf olmaqla qəbul edilib./oxu.az/

    www.leqal.az
    PAYLAŞ:

    Oxşar xəbərlər