Sülhməramlıların Qazaxıstandan çıxacağı vaxt AÇIQLANDI

Sülhməramlıların Qazaxıstandan çıxacağı vaxt AÇIQLANDI
  • Dünya

  • Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingentinin ölkəni tərk etməsi prosesinin iki gün sonra başlayacağını və 10 gündən çox çəkməyəcəyini bildirib.

    "Leqal" xəbər verir ki, bu barədə Qazaxıstan lideri parlamentdə deputatlar qarşısında çıxışı zamanı qeyd edib.

    “KTMT sülhməramlı qüvvələrinin əsas missiyası uğurla başa çatıb. İki gün sonra KTMT birləşmiş sülhməramlı kontingentinin mərhələli şəkildə çıxarılması prosesi başlayacaq. Kontingentin çıxarılması prosesi 10 gündən çox çəkməyəcək”, - deyə prezident bildirib. /oxu.az

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər