Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində məktəblilər üçün yay ekskursiyası

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində məktəblilər üçün yay ekskursiyası
  • Cəmiyyət

  • Bu günərdə Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində rayonun Böyük Xocavar kənd tam orta məktəbinin 4-cü sinif şagirdləri üçün "Bölgənin sənətkarlıq nümunələri və zəngin məişət ənənələrinin təbliği" mövzusunda yay ekskursiyası təşkil edilib.

    Muzeyin direktoru Əntiqə Tağıyeva məktəblilərə bölgənin ənənəvi sənətkarlıq sahələri olan həsirçilik, zənbilçilik, dulusçuluq və sandıqçılığın inkişafı tarixi barədə geniş məlumat verib. Bununla yanaşı, o, muzeyin haqqında söhbət açılan sənətkarlıq sahələrinə aid nümunələrin hazırlanma texnikası, xammal kimi istifadə olunan bitki növləri, habelə müvafiq sənət sahələrində istifadə olunan alətlərdən bəhs edib.

    Müəllif: Əlihüseyn ŞÜKÜROV.
    PAYLAŞ:

    Oxşar xəbərlər