Masallıda “Sağlam Narkotiksiz həyatı seç” mövzusunda gənclərlə görüş keçirilmişdir

Masallıda “Sağlam Narkotiksiz həyatı seç” mövzusunda gənclərlə görüş keçirilmişdir
  • Cəmiyyət

  • 23 iyun  2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə  təşkilatçılığı ilə koronavirus (COVİD-19) Pandemiyasına qarşı əsas müdafiə tədbirlərini nəzərə alaraq Nizami Gəncəvi adına parkında açıq hava şəraitində, 26 İyun BMT-nin Beynəlxalq narkotiklərlə mübarizə gününə həsr olunmuş  “Sağlam Narkotiksiz həyatı seç” mövzusunda gənclərlə görüş keçirilmişdir  

             Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov bildirmişdir ki, BMT Baş  Assambleyası 1987-ci ildə narkomaniya dair problemlərin daim ictimaiyyətin diqqətində saxlanması məqsədi ilə iyun ayının 26-nı Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü elan edib. Ölkəmiz öz müstəqilliyinə nail olduqdan  sonra bütün sahələrdə olduğu kimi narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində də ardıcıl və məqsədyönlü addımlar atılmışdır.   Bu sahədə ölkədə lazım olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış və milli proqramlar hazırlanıb həyata keçirilmişdir. Narkomaniyanın bütün dünyanı narahat edən problem olduğunu qeyd edə natiq, ölkələrin və bir çox beynəlxalq təşkilatların bu bəlanın qarşının alınması istiqamətində işlərin aparıldığını vurğulamış, bildirilmişdir ki, narkomaniyanın daha geniş insan kütləsini öz təsiri altına almaması üçün ölkəmizdə də maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac vardır.

         Tədbirdə Masallı rayon “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov çıxış edərək bu istiqamətdə keçirilən tədbirlərdə əsas məqsədin yeniyetmə və gəncləri narkomaniya barədə məlumatlandırmaq və bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirmək, yeniyetmə və gəncləri sağlamlığı ön plana çəkməyə və narkotik qəbul etməməyə çağırmaq, narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar və insan sağlamlığına vurduğu zərərlər haqqında maarifləndirilməsi və bu istiqamətdə aparılan işlərə yeniyetmə və gənclərin cəlb edilməsi olduğunu qeyd etmişdir.

           Daha sonar tədbirdə Masallı rayon “Gənclər evi” sosial xidmət müəssisəsinin psixoloqu Ramal Şükürov çıxış edərək mövzu ətrafında  gənclərə geniş məlumatlar verərək bu bəlanın törədə biləcəyi fəsadlar haqqında iştrakçıları məlumatlandırmışdır.

    Müəllif: Əlihüseyn ŞÜKÜROV.
    PAYLAŞ:

    Oxşar xəbərlər