Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “MILEX-2021” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində iştirak edir

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “MILEX-2021” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində iştirak edir
  • Cəmiyyət

  • İyunun 23-də Belarusun paytaxtı Minskdə “MILEX-2021” 10-cu Beynəlxalq Silah və Hərbi Texnika Sərgisi açılıb.

    Müdafiə Sənayesi Nazirliyindən LEQAL.AZ-a bildiriblər ki, iyunun 26-dək davam edəcək sərgidə Belarus, Rusiya və digər xarici ölkələr tərəfindən istehsal edilmiş ən müasir silah və hərbi texnika modelləri nümayiş olunur.

    Sərgidə ölkəmizi Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

    Tədbir çərçivəsində, həmçinin iştirakçı dövlət və hökumət təmsilçiləri, rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər nəzərdə tutulub. Görüşlərdə Müdafiə Sənayesi Nazirliyi ilə müvafiq qurumlar arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər