“Şuşa bəyannaməsi Qafqazın gələcəyini müəyyənləşdirdi”

“Şuşa bəyannaməsi Qafqazın gələcəyini müəyyənləşdirdi”
  • Cəmiyyət

  • Məşhur Məmmədov: “Azərbaycan və Türkiyənin qardaşlıq sevgisi hüquqi sənədlərdə də öz əksini tapdı”

    Şuşa bəyannaməsi Qafqazın gələcəyini müəyyənləşdirməklə yanaşı, qonşu ölkələrə və dünya dövlətlərə də bir mesaj oldu. Bu, birlik və vəhdətimizin əbədi olduğunu bütün dünyaya nümayiş etdirdi”.

    LEQAL.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, bu sənəd iki dövlət arasında bütün sahələrdə əməkdaşlığın inkişafına təkan verəcək:

    “Bu bəyannamə nəticəsində birliyimiz, qardaşlığımız sadəcə ürəklərdə, qəlblərdə, müzakirə və diskusiyyalarda deyil, həm də hüquqi səndələrdə öz əksini tapdı. Hər kəs bilir ki, bu müqavilə olmasaydı belə, yenə də hər iki dövlət bir-birinin yanında olacaqdı. Lakin Şuşa bəyannaməsi bu münasibətə həm də hüquqi yanaşma ortaya qoydu, bütün dünyanın diqqətini bir kəs daha Azərbaycan-Türkiyə qardaşlığına cəlb etdi.

    Ermənilərin bu müqavilə ilə bağlı səsləndirdikləri fikirlər, keçirdikləri narahatlıq Şuşa bəyannaməsinin önəmindən, əhəmiyyətindən xəbər verir. Bu açıqlamalr göstərir ki, Türkiyə və Azərbaycan arasında əlaqələrin genişlənməsi, birlik və müttəfiqliyin güclənməsi bəzi qüvvələri qorxuya salmaqda, narahat etməkdədir.

    Şuşa bəyannaməsi iki dövlət arasında iqtisadi, siyasi, mədəni əlaqələrin daha da inkişafına, bu əlaqələrin mahiyyət etibari ilə yeni mərhələyə yüksəlməsinə səbəb olacaq. Biz yaxın gələcəkdə Azərbaycan və Türkiyə dövlətlərinin yeni, ortaq layihələrini müşahidə edəcək, bu birliyin bir-birindən heyrətamiz nəticələrinə şahid olacağıq ”.
    PAYLAŞ:

    Oxşar xəbərlər