II Qarabağ müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın ailəsi ilə görüş keçirilib

II Qarabağ müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın ailəsi ilə görüş keçirilib
  • Cəmiyyət

  • Tibb İşçiləri Günü ilə əlaqədar iyunun 17-si Azərbaycan İdman Könüllüləri ictimai birliyinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə şəhid Arəstə Baxışovanın ailəsi ilə görüş keçirildi.

    Azərbaycan İdman Könüllüləri ictimai birliyindən LEQAL.AZ-a bildirilib ki, ilk öncə, Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Tədbiri giriş sözü ilə açan Birliyin sədri Miraqil Seyidzadə 44 günlük Vətən müharibəsində minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyünü, adlarını tarixinə yazdıran şəhidlərimizin daim hörmət və ehtiramla yad ediləcəyini bildirdi.

    Şəhid Arəstə Baxışovanın anası Məktubə xanım və övladları çıxış edərək onun xatirələrindən bəhs etdilər.

    Məktubə xanım onlara göstərilən qayğıya görə, dövlətə və xalqa minnətdarlığını bildirdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər