Türkiyə və Rusiya vətəndaşları sabahdan hava yolu ilə Azərbaycan ərazisinə giriş-çıxış edə biləcəklər

Türkiyə və Rusiya vətəndaşları sabahdan hava yolu ilə Azərbaycan ərazisinə giriş-çıxış edə biləcəklər
  • Cəmiyyət

  • Sabahdan Türkiyə və Rusiya vətəndaşları hava yolu ilə ölkəyə giriş-çıxış edə biləcəklər.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov məlumat verib. DMX-nin rəisi bu halda yaşı 18-dən yuxarı olan şəxslərdən COVID-19 pasportu (tam peyvənd olunmasını və ya sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş PCR testinin neqativ nəticəsi, yaşı 18-dən aşağı olan şəxslərdən isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi tələb olunur.

    Quru yolu ilə ölkəyə giriş-çıxışa olan məhdudiyyətlər aradan qaldırılmadığı üçün müvəqqəti olma müddəti 60 gün uzadılmış (müvafiq dövlət rüsumu ödənilməklə) əcnəbilərin ölkəni tərk etməsi tələb olunmur.
    PAYLAŞ:

    Oxşar xəbərlər