Türkiyə Ali Məhkəməsinin Baş prokurorunun Azərbaycana səfəri davam edir

Türkiyə Ali Məhkəməsinin Baş prokurorunun Azərbaycana səfəri davam edir
  • Cəmiyyət

  • Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfəri davam edir.

    Baş Prokurorluğun mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

    Burada qonaqlara muzey və eksponatlar barədə ətraflı məlumat verilib.

    Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binası ilə tanış olub.

    Nümayəndə heyətinin üzvləri beynəlxalq tədbirlərin, mətbuat konfranslarının keçirilməsi üçün nəzərdə tutulmuş konfrans zalları, müasir hüquq ədəbiyyatı, normativ-hüquqi aktlarla zənginləşdirilən, digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilən kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş “Qaynar xətt” əlaqə mərkəzi, digər dövlət qurumlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə maraqlanıblar.

    Qonaqlar Baş Prokurorluğun paytaxtın Binəqədi rayonu Dərnəgül yaşayış sahəsindəki inzibati bina kompleksində də olublar.

    Baş prokuror Kamran Əliyev prokurorluq əməkdaşlarının səmərəli fəaliyyəti üçün bütün imkanların yaradıldığı müasir inzibati bina kompleksi ilə bağlı nümayəndə heyətinin üzvlərinə ətraflı məlumat verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər