Ombudsmanın regional mərkəzləri 28 May - Respublika Gününə həsr olunmuş onlayn tədbirlər keçiriblər

Ombudsmanın regional mərkəzləri 28 May - Respublika Gününə həsr olunmuş onlayn tədbirlər keçiriblər
  • Cəmiyyət

  • 28 May - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzləri tərəfindən onlayn tədbirlər təşkil edilib.

    Ombudsman Aparatından LEQAL.AZ-a bildirilib ki, Ombudsmanın Gəncə Regional Mərkəzi Ağstafa rayon Heydər Əliyev Mərkəzinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Respublika Gününə həsr olunmuş onlayn tədbir keçirib.

    Həmçinin Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən Şəki şəhər Mərkəzi Kitabxanası ilə birgə “Azərbaycan Xalq Cümhuriyyəti-Şərqin ilk demokratik respublikası” mövzusunda videokonfrans təşkil olunub.

    Ombudsmanın Cəlilabad Regional Mərkəzi isə Astara rayon Heydər Əliyev Mərkəzi, Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə nümayəndəsi, həmçinin Astara rayon Pedaqoji Kolleci, rayon tarix-diyarşünaslıq muzeyi və M.Ə.Sabir adına 1 saylı tam orta məktəbi ilə birgə “Tariximizin şanlı səhifəsi” adlı videokonfrans təşkil edib.

    Ombudsmanın Quba Regional Mərkəzi isə bu mövzuda Quba Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə, fəal oxucularının iştirakı ilə onlayn tədbir keçirilib.

    Çıxışlarda müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğu qeyd edilib. Regional mərkəzlərin rəhbərləri Cümhuriyyət tərəfindən insan hüquqlarının təmini istiqamətində bir çox dünya dövlətlərindən öncə irəli sürülmüş xüsusi əhəmiyyətli təşəbbüslərdən danışıblar.

    Videokonfranslardakı çıxışlarda bu il Respublika Gününün zəfər əhval-ruhiyyəsi ilə qeyd olunduğu diqqətə çatdırılıb, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə əhəmiyyətli rolu vurğulanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər