Masallının "Qəhrəmanlar Parkı" yenidən quruldu

Masallının "Qəhrəmanlar Parkı" yenidən quruldu
  • Cəmiyyət

  • Masallı rayon İcra hakimiyyəti və Millət vəkili Məşhur Məmmədovun dəstəyi ilə birinci Qarabağ müharibəsində və Vətən müharibəsində, itkin düşən, şəhidlik zirvəsinə ucalan, Masallı igidlərinin xatirəsini əbədiləşdirmək üçün abidə ucaldılmışdır.

    Abidə Qəhramanlar parkında yerləşir. Abidə üzərində şəhidlərimizin ad və soyadları həkk olunmuşdur. Bir aydan çoxdur ki, işlər sürətlə davam etdirilir.

    İşlərə şəxsən Millət vəkili Məhşur Məmmədov və  rayon rəhbərliyinin məsul əməkdaşları nəzarət edir. Növbəti həftələrdə rayon rəhbərliyi, millət vəkilləri və şəhid ailələri ilə birlikdə pandemiya və karantin qaydalarına əməl etməklə abidənin açılışı nəzərdə tutulur .

    Masallıda şəhid ailələrinə diqqət hər zaman, yüksək səviyyədə olmuşdur. Rayon rəhbəri, Şahin Məmmədov və Millət vəkili Məhşur Məmmədov hər zaman şəhid ailələrinin yanında olur, onların problemləri ilə maraqlanır, qayğılarına qalırlar. Şəhidlərimizin doğum və anım günləri qeyd olunur və heç vaxt unudulmur.

    Müəllif: Mərhəmət Lələyev
    PAYLAŞ:

    Oxşar xəbərlər