Masallı MKTBİ-yə yeni rəis təyin olundu

Masallı MKTBİ-yə yeni rəis təyin olundu
  • Cəmiyyət

  • Masallı rayon İcra hakimiyyəti başçısının müvafiq əmri ilə Xudayar Canəli oğlu Həsənov Masallı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi vəzifəsinə təyin olunmuşdur.

    Xudayar Həsənov 08 mart 1958-ci ildə Masallı rayonunun Göyəçöl kəndində anadan olmuşdur.

    1976-1981-ci illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunda tələbə, 1981-1983-cü illərdə hərbi xidmətdə əsgər, 1983-1985-ci illərdə 39 nömrəli Təsərrüfat hesablı tikinti qurşdırma idarəsində usta, 1985-1987-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Masallı rayon komitəsinin II katibi, 1987-1990-cı illərdə Masallı rayon Göyəçöl kənd Xalq Debutatları Soveti İcraiyyə Komitəsinin sədri, 1990-1992-ci illərdə Masallı rayon Komsomol sovxozunun direktoru, 1992-1996-cı illərdə Masallı şəhər Abadlıq Kombinatının direktoru, 1996-2001-ci illərdə 44 nömrəli Təmir tikinti idarəsinin rəisi, 2001-2012-ci illərdə Göyəçöl kəndində fərdi əmək fəaliyyətii ilə məşğul olmuş, 2012-2016-cı illərdə “Sulaco” MMC “8 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin bərpası” layihəsi Masallı şəhər Su və Kanalizasiya çəklişində sahə mühəndisi-tikintiyə nəzarətçi və 2018-ci ildən 2021-ci ilədək Masallı rayon İcra hakimiyyəti başçısının Öncəqala kənd inzibati ərazisi dairəsi üzrə nümayəndəsi vəzifələrində çalışmışdır.

    2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvdür. Ailəlidir 2 övladı var.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər