Azərbaycan Respublikasında mayın 3-də daha 119 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 95, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 24 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 517 min 42-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 975 min 303, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 541 min 739 nəfərdir.