Azərbaycan Respublikasında aprelin 11-də daha 11 min 717 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 685, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 8 min 32 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 516 min 923-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 975 min 208, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 541 min 715 nəfərdir.