Rəsmi Minskdən Azərbaycana ABŞ-a uçuşla bağlı

Rəsmi Minskdən Azərbaycana ABŞ-a uçuşla bağlı
  • Cəmiyyət

  • Belarus Nəqliyyat naziri Aleksey Avramenko Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevlə ölkələr arasında müntəzəm uçuşların bərpasını və Bakıdan Nyu-Yorka Minsk yolu ilə uçuşun təşkilini müzakirə edib.

    Bu barədə Belarus Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    “Danışıqlar zamanı tərəflər aviasiya sahəsində əməkdaşlığı, Belarus ilə Azərbaycan arasında müntəzəm uçuşların pandemiya öncəsi səviyyədə bərpasını müzakirə ediblər. Hazırda Minsk və Bakı arasında müntəzəm uçuşları “Belavia” aviaşirkəti tərəfindən həyata keçirilir”, - Belarus Nəqliyyat Nazirliyinin yaydığı açıqlamada qeyd olunur.

    A.Avramenko AZAL-ın Bakı-Minsk-Nyu-York-Minsk-Bakı marşrutu ilə transkontinental uçuşunun təşkili imkanlarını nəzərdən keçirməyi təklif edib:

    “Hava limanının inkişaf etmiş marşrut şəbəkəsi sayəsində Minsk üzərindən ABŞ-a uçuşlar yalnız dövlətlərimizin vətəndaşları üçün deyil, Baltikyanı ölkələrdən gələn sərnişinlər üçün də cəlbedici ola bilər”.

    Nazir Belarus tərəfinin bu uçuşu təşkil etməkdə maraqlı olduğunu vurğulayaraq, yaxın gələcəkdə konkret addımların hazırlanmasını təklif edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər