Azərbaycan Respublikasında aprelin 11-də daha 23 min 538 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 min 956, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 4 min 582 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 117 min 87-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 758 min 275, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 418 min 812 nəfərdir.