Son vaxtlar ölkəmizdə intihar sayı çoxalıb. İntihar edənlər arasında gənclər daha çoxdur.
İnsanları intihara təşviq edən səbəblər və bu hadisələrin artmasi haqqinda LEQAL.AZ-a Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, tanınmış psixoloq Elnur Rüstəmov danışıb.
Psixoloq açıqlamasında bildirib ki, günümüzdə intihar hadisələrinin geniş yayılması hər bir insanı, hər bir cəmiyyəti və dövləti narahat edir.
Əvvəlcə onu qeyd edim ki, intihar göstəricilərinə görə Azərbaycan dünya ölkələrindən geridə qalır. Amma hər bir insan həyatı şübhəsiz ki, dəyərlidir, söhbət bir insanın öz həyatına son qoymasından gedir.
İntihara bir çox səbəblər qeyd olunur. Bunlar psixoloji pozuntudan əziyyət çəkənlər, depressiyada olan, müəyyən şəxsiyyət pozuntusu olan insanlar və eyni zamanda uzun müddət xəstlikdən, mərc oyunlarından asılı olan, zərərli vərdişdən əziyyət çəkən insanlarda intihar riski yüksək dəyərləndirilir.
Müxbir: Əminə Elaydın
Operator: Mahal Məmmədhüseynli