Prokurorluq Ermənistanın törətdiyi cinayətlərlə bağlı altı dildə video çarx hazırlayıb

Prokurorluq Ermənistanın törətdiyi cinayətlərlə bağlı altı dildə video çarx hazırlayıb
  • Cəmiyyət

  • LEQAL.AZ oxu.az-a istinadən bildirir ki, İşğalçı Ermənistanın silahlı qüvvələrinin 04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

    Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti tərəfindən Ermənistan Respublikasının silahlı qüvvələrinin törətdiyi cinayət əməlləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanıb. 

    Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin olunacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər