YAP Xəzər rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər - FOTO

YAP Xəzər rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər - FOTO
  • Cəmiyyət

  • Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Mehdiyev Samir Vaqif oğlunun ailəsini ziyarət ediblər.

    YAP-dan LEQAL.AZ-a bildiriblər ki, Mehdiyev Samir Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.

    Rayon icra hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib.

    Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.

    Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı tərəfindən şəhid ailəsinə ərzaq yardımı edilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər