FHN: Nizami rayonunda baş verən yanğın zamanı həlak olanın şəxsiyyəti müəyyənləşib

FHN: Nizami rayonunda baş verən yanğın zamanı həlak olanın şəxsiyyəti müəyyənləşib
  • Cəmiyyət

  • Paytaxtın Nizami rayonunda baş verən yanğın nəticəsində həlak olan sakinin şəxsiyyəti müəyyənləşib.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, yanğın zamanı ümumi sahəsi 420 kvadratmetr olan üçmərtəbəli altıotaqlı evin mansardasının 140 kvadratmetrlik hissəsi yanıb. Hadisə zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub.

    Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının sahəsinin genişlənməsinin qarşısı alınıb, alov söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Qarayeva Arzu Qədir qızının meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər