Sergey Markov: Xocalı qırğını açıq-aydın siyasi məqsədlə törədilmişdi

Sergey Markov: Xocalı qırğını açıq-aydın siyasi məqsədlə törədilmişdi
  • Cəmiyyət

  • Xocalı qırğını Azərbaycan xalqına qarşı soyqırımı aktı idi. Üstəlik, bir çox digər oxşar aktlardan fərqli olaraq, bu soyqırımı qabaqcadan düşünülmüş, açıq-aydın siyasi məqsəd daşıyırdı.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.

    Politoloqun vurğuladığı kimi, Xocalı soyqırımı aydın siyasi plan idi - Dağlıq Qarabağın digər kənd və qəsəbələrinin mülki sakinlərinin dəhşət və qorxu içində hər şeyi tərk edərək qaçmaqları üçün dinc əhalinin qırğınını təşkil etmək idi. Xocalıdakı cinayət, aydın siyasi plan, qatillərin soyuq gözləri heyrətləndirir və faciəni digər soyqırımı aktlarından fərqləndirir.

    “Xocalıda qırğını təşkil edən şəxslər dövlət vəzifələrini tutmuşdular və Ermənistanda hələ də onlara qarşı istintaq aparılmayıb.

    Mənə elə gəlir ki, bu, həm də bir növ milli təkəbbür, özünü ən yüksək irq nümayəndələri kimi təqdim etməklə bağlıdır. Bu, tamamilə yolverilməzdir və irqçiliyin təzahürüdür. Erməni xalqı Xocalı soyqırımının günahkarlarının cəzalandırılmasında maraqlı olmalıdır”, - deyə ekspert əlavə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər