“Qazaqstan TV” kanalı Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən reportaj yayımlayıb.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı Səfirliyinin dəstəyi ilə ölkəmizə səfər edən jurnalist Azat Rıstanbek reportajda işğaldan azad olunmuş Azərbaycan torpaqlarında qanunsuz olaraq məskunlaşmış erməni əhalisinin Ağdam, Fizuli, Cəbrayıl, Kəlbəcər və Şuşada vandalizm aktları törədərək tərk etmələrindən bəhs olunub.
Həmçinin Rusiya sülhməramlılarını Dağlıq Qarabağda yerləşdirilməsi və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılmasından danışılıb.
Qeyd edilib ki, uzun illər işğal altında saxlanılmış kəndləri boşaldan zaman erməni hərbi birləşmələrinin basdırdığı minaların təmizləmə işlərinə başlanılıb.
Müəllif Vətən mühaibəsində qəhrəmanlıq göstərən şəhidlərin ailələri ilə də görüşüb.