Azərbaycan Respublikasında koronavirus infeksiyasından 4067 nəfər müalicə olunaraq sağalıb, 1052 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 217 min 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 180 min 295 nəfər müalicə olunaraq sağalıb, 2609 nəfər vəfat edib. Aktiv xəstə sayı 34732 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 185 min 247 test aparılıb. Bugünkü test sayı isə 10904-dür.