FHN Dövlət Yanğın Nəzarəti Xidməti daha bir obyektlə bağlı inzibati tədbir görüb FOTO

FHN Dövlət Yanğın Nəzarəti Xidməti daha bir obyektlə bağlı inzibati tədbir görüb  FOTO
  • Cəmiyyət

  • Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Masallı rayonu ərazisində yerləşən mebel sexində plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğunu aşkarlayıblar. Həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

    FHN-in mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə “Yanğın təhlükəsizliyi haqqında” qanunun 25-ci maddəsinin 9-cu bəndi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 28-ci maddəsi, eləcə də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələbləri rəhbər tutularaq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktlarının aşkarlandığı mebel sexində işlərin görülməsinin dayandırılması barədə qərar qəbul olunub.

    “Yanğın təhlükəsizliyi haqqında” qanunun 6-cı və 7-ci maddələrinə əsasən, fiziki, vəzifəli və hüquqi şəxslərin yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun aidiyyəti qurumlarının, habelə onların vəzifəli şəxslərinin qanuni göstərişlərini, qərarlarını və tələblərini yerinə yetirməli olduqları obyektin məsul şəxslərinə bir daha izah edilib. Eyni zamanda, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozan, o cümlədən bu qərarı icra etməyən fiziki, vəzifəli və hüquqi şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrinin müvafiq maddələri ilə məsuliyyət daşıdıqları həmin şəxslərin nəzərinə çatdırılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər