4 212 nəfər COVİD-19-a yoluxdu

4 212 nəfər COVİD-19-a yoluxdu
  • Cəmiyyət

  • Azərbaycanda son sutkada koronavirus infeksiyasına 4 212 yeni yoluxma faktı qeydə alınıb, 1 760 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada 32 nəfər “COVID-19”dan vəfat edib.

    Hazırkı dövrədək Azərbaycanda 114 025 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 71 691 nəfər müalicə olunaraq sağalıb, 1 323 nəfər vəfat edib. Aktiv xəstə sayı 41 011 nəfərdir.

    Ötən müddət ərzində 1 700 654 test aparılıb. Bugünkü test sayı isə 18 420-dir.
    PAYLAŞ:

    Oxşar xəbərlər